...

Şumaxerin bolidi Nyu-Yorkda keçirilən hərracda 7,5 milyon dollara satılıb

Dünya xəbərləri Materials 17 Noyabr 2017 08:42 (UTC +04:00)
"Formula-1"in yeddiqat çempionu Maxel Şumaxerin yarış bolidi Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 7,5 milyon dollara satılıb
Şumaxerin bolidi Nyu-Yorkda keçirilən hərracda 7,5 milyon dollara satılıb

Bakı. Trend:

"Formula-1"in yeddiqat çempionu Maxel Şumaxerin yarış bolidi Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 7,5 milyon dollara satılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə hərrac evi bildirib.

Hərrac evinin məlumatında deyilir: "Kəmərləri bağlayın. Mixael Şumaxerin Monako Qran Prisində qalib gəldiyi "Ferrari" yarış bolidi 7,5 milyon dollara satıldı".

Hərrac evində qeyd ediblər ki, ilk dəfə müasir incəsənət hərracına avtomobil qoyulub və bu qərar özünü doğruldub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti