...

Müdafiə naziri: Türkiyə Afrində hərbi əməliyyatlara başlayacaq

Dünya xəbərləri Materials 19 Yanvar 2018 14:18 (UTC +04:00)
Türkiyə Afrində əməliyyatlara tərəddüdsüz başlayacaq və orada terrorçuları tamamilə məhv edəcək
Müdafiə naziri: Türkiyə Afrində hərbi əməliyyatlara başlayacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Afrində əməliyyatlara tərəddüdsüz başlayacaq və orada terrorçuları tamamilə məhv edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir qeyd edib ki, gün keçdikcə Türkiyənin təhlükəsizliyi üçün təhdid riski artır: “Türkiyə öz vətəndaşlarını və sərhədlərini qorumalıdır”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Afrində PYD və YPG mövqelərinə zərbələr endirib. İlkin məlumatlara görə, 30-dan çox terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti