...

Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 1 Fevral 2018 00:16 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub
Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon dnışığı zamanı tərəflər Suriya Milli Dialoq Konqresini, Suriyada aparılan "Zeytun budağı" əməliyyatını və İraqdakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti