...

Cənubi Afrika Respublikasının yeni prezidenti kim oldu?

Dünya xəbərləri Materials 15 Fevral 2018 17:21 (UTC +04:00)
Cənubi Afrika Respublikasının yeni prezidenti kim oldu?
Cənubi Afrika Respublikasının yeni prezidenti kim oldu?

Bakı. Trend:

Siril Ramaposa Cənubi Afrika Respublikasının (CAR) yeni prezidenti olub.

Trend-in məlumatına görə, bu barədə qərar ölkə parlamentinin xüsusi iclasında qəbul olunub.

S.Ramaposa bundan əvvəl vitse-prezident vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən gün CAR Prezidenti Ceykob Zuma xalq müraciət edərək dövlət başçısı vəzifəsindən istefa verdiyini elan edib.

Xatırladaq ki, son vaxtlar müxalifət dövlət əmlakının israf edilməsi ilə bağlı qalmaqala görə hakim partiyaya təzyiq göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti