...

Tillerson: ABŞ Türkiyənin Suriya ilə bağlı narahatlığını anlayır

Dünya xəbərləri Materials 16 Fevral 2018 16:57 (UTC +04:00)
ABŞ Türkiyənin Suriyadakı vəziyyətlə bağlı narahatlığını anlayır.
Tillerson: ABŞ Türkiyənin Suriya ilə bağlı narahatlığını anlayır

Bakı. Trend:

ABŞ Türkiyənin Suriyadakı vəziyyətlə bağlı narahatlığını anlayır.

Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Dövlət katibinin sözlərinə görə, Vaşinqtonda həmişə bəyan ediblər ki, ABŞ-ın YPG bölmələrinə göstərdiyi dəstək məhduddur: "Biz Ankara ilə münasibətlərə dəyər veririk".

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən "Zeytun budağı" əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti