Bakı. Trend:
İsveçrə, Fransa və Almaniyadan olan bir qrup astronom "Almahata Sitta" meteoritinin tərkibində olan almazları tədqiq etdikdən sonra qənaətə gəlib ki, həmin meteorit əvvəllər mövcud olmuş planetin tərkib hissəsi olub.
Trend-in məlumatına görə, bu meteoritin Günəş sistemində Mars və Merkuri boyda olan planetin bir hissəsi olduğu ehtimal edilir.
Qeyd edək ki, içərisində iri almaz kristalları olan "Almahata Sitta" meteoriti 2008-ci ildə Sudan ərazisinə, Nubiya səhrasına düşmüşdü. Meteoritin tərkibində həmçinin qrafit, piroksen və olivin maddələri də aşkar edillmişdi.