Bakı. Trend:
Almaniya kansleri Angela Merkel Rusiyanın G8 ölkələri birliyinə qayıtması imkanlarını şərh edib.
Trend-in məlumatına görə, Merkel deyib ki, bu, mümkünsüzdür.
Kansler bunu Rusiyanın beynəlxalq hüquq normalarını pozması ilə izah edib.
"Rusiyanın Krımı ilhaq etməsi səhv addım olub, onun birlikdə qalması qeyri-mümkün bir hal idi", - Merkel fikrini əsaslandırıb.
Merkel əlavə edib ki, Moskva və Berlin G7 formatında əməkdaşlığı davam etdirir.