Bakı. Trend:
May ayının sonlarında Omanda qeydə alınmış ən güclü siklonlardan hesab olunan “Makunu” dünyanın ən quraq bölgəsində çoxlu sayda gölün yaranmasına səbəb olub.
Trend-in məlumatına görə, siklon keçdikdən sonra Rub-əl-Xali səhrasında mindən çox yeni göl aşkar edilib.
Mütəxəssislər bunu unikal hadisə adlandırıb. Qeyd olunur ki, siklon dağılmağa başlayarkən tərkibindəki su ehtiyatlarını səhra üzərində itirib.