Bakı. Trend:
Ukraynanın paytaxtı Kiyevdə şaurmadan 37 nəfər zəhərlənib.
Trend-in məlumatına görə, zəhərlənənlər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, həmin şaurmalar Kiyevdə üç məntəqədən alınıb.
Hazırda həmin köşklər bağlanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.