...

Sudanda kater aşdı: 20-dən çox məktəbli həlak oldu

Dünya xəbərləri Materials 15 Avqust 2018 17:54 (UTC +04:00)
Sudanda Nil çayında hərəkət edən katerin aşması nəticəsində 22 məktəbli və bir qadın həlak olub
Sudanda kater aşdı: 20-dən çox məktəbli həlak oldu

Bakı. Trend:

Sudanda Nil çayında hərəkət edən katerin aşması nəticəsində 22 məktəbli və bir qadın həlak olub.

Trend-in məlumatına görə, qəzaya səbəb katerin mühərrikinin sıradan çıxması olub.

Qəza zamanı katerdə 40-dan çox məktəbli olub.

Çayda güclü axına düşdükləri üçün onları xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti