...

"Nike" irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb

Dünya xəbərləri Materials 23 Avqust 2018 07:54 (UTC +04:00)
"Nike" şirkəti Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını bağlayıb
"Nike" irqçilikdə ittiham səbəbindən CAR-da bir neçə mağazasını bağlayıb

Bakı. Tural Turan - Trend:

"Nike" şirkəti Cənubi Afrika Respublikasındakı bir neçə mağazasını bağlayıb. Trend-in məlumatına görə, şirkətə aid şəxsin irqçi davranışlarından sonra ictimai etirazlar fonunda baş verib.

Bildirilir ki, bundan əvvəl KİV çimərlik kurortunda çəkilmiş video yayıb. Videoda ağdərili kişi CAR-da irqçi termin hesab olunan təhqiramiz sözlərdən istifadə edir. KİV-in məlumatına görə, bu kişi "Nike"nin marketinq üzrə direktorunun həyat yoldaşıdır.

Şirkət mağazaların bağlanmasına münasibət bildirməkdən imtina edib və videodakı kişinin onların şirkətinə aid olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti