...

Merilin Monronun avtomobili hərraca çıxarıldı - 500 min dollar

Dünya xəbərləri Materials 27 Sentyabr 2018 13:20 (UTC +04:00)
Keçmiş amerikalı aktrisa Merilin Monronun avtomobili hərraca çıxarılıb
Merilin Monronun avtomobili hərraca çıxarıldı - 500 min dollar

Bakı. Trend:

Keçmiş amerikalı aktrisa Merilin Monronun avtomobili hərraca çıxarılıb.

Trend-in məlumatına görə, avtomobilin ilkin qiyməti 500 min dollar olaraq qiymətləndirilir.

1956-cı il buraxılışlı “Ford Thunderbird” M.Monroya Milad bayramında hədiyyə olunub.

O, bu avtomobildə dramaturq Artur Millerlə nikah mərasimində iştirak edib.

Merilin Monro kabriolet tipli avtomobili 6 il idarə etdikdən sonra öz müəlliminin oğluna hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti