...

Mixael Şumaxerin oğlu "Formula-3"ün qalibi olub

Dünya xəbərləri Materials 14 Oktyabr 2018 05:41 (UTC +04:00)
"Formula-1"in yeddiqat çempionu Mihael Şumaxerin oğlu Mik Avropanın "Formula-3" yarışmasının vaxtından əvvəl çempionu olub.
Mixael Şumaxerin oğlu "Formula-3"ün qalibi olub

Bakı. Trend:

"Formula-1"in yeddiqat çempionu Mihael Şumaxerin oğlu Mik Avropanın "Formula-3" yarışmasının vaxtından əvvəl çempionu olub.

Trend-in məlumatına görə, 19 yaşlı pilot Hokkehaymdaki yarış zamanı ikinci olub və ən yaxın izləyicisi britaniyalı Den Tiktum üçün əlçatmaz olub.

"PREMA Theodore Racing" komandasını təmsil edən Mik "Formula-3"ün hazırki mövsümündə 8 dəfə qalib gəlib. Bir il öncə özünün debüt mövsümündə pilot 12-ci olub.

2016-cı ildə Mik Şumaxer "F4"ün İtaliya və Almaniya seriyalarında ikinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti