Bakı. Tural Turan - Trend:
Misirin paytaxtı Qahirədə turistlərin olduğu avtobus partladılıb. Trend-in məlumatına görə, Vyetnamdan 2 turist ölüb, daha 10 nəfər yaralanıb.
Xəsarət alanlar içərisində həmçinin gid və sürücü də var.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub və partlayışın baş vermə səbəbləri araşdırılır.