Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında 27-28 fevral tarixlərində Vyetnamın Dananq şəhərində görüş keçirilə bilər.
Trend-in məlumatına görə, bu barədə "South China Mourning Post" qəzeti xəbər verir.
Bildirilir ki, D.Tramp bu həftə Çin nümayəndə heyəti Vaşinqtonda səfərdə olan zaman çinli həmkarı ilə görüşmək niyyətində olduğunu bildirib.
ABŞ prezidentinin sözlərinə görə, o ticarət sazişini yekunlaşdırmaq üçün Si Cinpin ilə bir və ya iki görüş keçirmək istəyir.