...

Dünyanın ən bahalı şəhərləri

Dünya xəbərləri Materials 21 Mart 2019 19:37 (UTC +04:00)
Dünyanın ən bahalı şəhərlərinin reytinqində birinci yerdə 3 şəhər qərarlaşıb
Dünyanın ən bahalı şəhərləri

Bakı. Trend:

Dünyanın ən bahalı şəhərlərinin reytinqində birinci yerdə 3 şəhər qərarlaşıb.

Trend-in məlumatına görə, “Economist Intelligence Unit” tədqiqat mərkəzinin reytinqinə əsasən, Honqkonq, Sinqapur və Paris ən bahalı şəhərlər hesab olunub.

Reytinq tərtib olunarkən kommunal xərclər, geyim, qida, yanacaq, mənzil, məktəb və digər xərclər nəzərə alınıb.

Reytinqdə ilk onluqda həmçinin Sürix, Cenevrə, Osaka, Seul, Kopenhagen, Nyu York, Təl-Əviv və Los Anceles şəhərləri yer alıb.

Ən ucuz şəhərlər isə Karakas, Dəməşq və Daşkənd hesab olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti