...

Kanada "İday" siklonundan zərər çəkənlərə yardım üçün 2,6 milyon dollar ayırıb

Dünya xəbərləri Materials 24 Mart 2019 08:56 (UTC +04:00)

Bakı. Trend:

Kanada höküməti "İday" siklonundan zərər çəkən Afrika ölkələrinə yardım üçün 3,5 milyon kanada dolları (2,6 milyon ABŞ dolları) ayırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın beynəlxalq inkişaf naziri Məryəm Monsef bildirib.

M.Monsef deyib: "Kanada Afrikanın cənub hissəsində "İday" siklonu nəticəsində baş verən dağıntılara diqqət ayıran humanitar təşkilatlara 3,5 milyon Kanada dolları ayıracaq".

Nazirin sözlərinə görə, qeyd olunan vəsait BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriləcək.

Qeyd edək ki, ötən həftə "İday" tropik siklonu Mozambik, Zimbabve və Malavidə daşqınlara, yaşayış evlərinin dağılmasına və elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına səbəb olub. Son məlumatlara əsasən, siklon nəticəsində 417 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti