...

Rusiya təyyarəsi Tehranda qəza enişi edib

Dünya xəbərləri Materials 21 May 2019 15:24 (UTC +04:00)
Rusiya təyyarəsi İranın Mehrabad hava limanına enərkən eniş zolağından çıxıb.
Rusiya təyyarəsi Tehranda qəza enişi edib

Bakı. Elnur Bağışov - Trend:

Rusiya təyyarəsi Tehranın Mehrabad hava limanına enərkən eniş zolağından çıxıb.

Trend-in məlumatına görə, bunu İranın Mülki Aviyasiya Təşkilatının ictimai əlaqələr şöbəsinin müdiri Rza Cəfərzadə deyib.

R.Cəfərzadənin sözlərinə görə, Rusiyanın BAE125 xüsusi reaktiv təyyarəsi Mehrabad hava limanında enişdən sonra zolaqdan çıxıb.

Təyyarədə 6 ekipaj və sərnişin olub. Hadisədə xəsarət alan olmayıb.

Təyyarənin eniş zolağından çıxmasının səbəbi açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti