...

“Ford” 300 mindən çox avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 13 Noyabr 2019 08:49 (UTC +04:00)
“Ford” şirkəti Şimali Amerikada 337 min avtomobili geri çağırıb
“Ford” 300 mindən çox avtomobili geri çağırıb

Bakı. Trend:

“Ford” şirkəti Şimali Amerikada 337 min avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar ön oturacaqların çərçivələrinin iti uclara malik olması ilə əlaqədardır.

Belə ki, bu, sürücünün və sərnişin xəsarət alması ilə nəticələnə bilər. Bu günədək 30-a yaxın bu cür halın qeydə alındığı deyilir. Geri çağırılma 2017-ci ilin “Explorer” modellərinə şamil olunur.

Qərara əsasən 311 min avtomobil ABŞ-da, 23 min avtomobil Kanadada və 3 min avtomobil Meksikada geri çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti