...

Tokionun şimalında Yapon-Amerika komanda-qərargah təlimləri başlayıb

Dünya xəbərləri Materials 9 Dekabr 2019 05:58 (UTC +04:00)
"Yamasakura" adlanan Yapon-Amerika komanda-qərargah təlimləri Tokionun şimalındakı Asaka hərbi bazasında başlayıb
Tokionun şimalında Yapon-Amerika komanda-qərargah təlimləri başlayıb

Bakı. Trend:

"Yamasakura" adlanan Yapon-Amerika komanda-qərargah təlimləri Tokionun şimalındakı Asaka hərbi bazasında başlayıb.

Trend-in məlumatına görə, təlimlər dekabrın 16-na qədər davam edəcək.

Məşqlər zamanı kompüterlərdə rəqibin iri miqyaslı hücumunun əks olunduğu məşq edilir. Bura düşmən desantının enməsinə, böyük şəhərlərdə kütləvi təxribat, kibernetik və elektron müdaxilələrə qarşı tədbirlər daxildir.

Yapon-Amerika "Yamasakura" təlimləri mütəmadi olaraq 1982-ci ildən keçirilir. Təlimlərdə Avstraliya və Kanada silahlı qüvvələrinin müşahidəçiləri də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti