...

Belçika məhkəməsi Ruandadakı soyqırımla bağlı ilk dəfə hökmünü elan edəcək

Dünya xəbərləri Materials 20 Dekabr 2019 07:13 (UTC +04:00)
Brüssel məhkəməsi Ruandanın keçmiş rəsmisini 1994-cü ildə bu ölkədə soyqırımda iştirak etməkdə günahkar bilib
Belçika məhkəməsi Ruandadakı soyqırımla bağlı ilk dəfə hökmünü elan edəcək

Bakı. Trend:

Brüssel məhkəməsi Ruandanın keçmiş rəsmisini 1994-cü ildə bu ölkədə soyqırımda iştirak etməkdə günahkar bilib.

Trend-in məlumatına görə, 71 yaşlı Fabyen Neretse də hərbi cinayətlərdə günahkar bilinir. Belçika prokurorluğu onun 1994-cü ildə etnik təmizləmə zamanı 11 nəfərin öldürülməsini əmr etdiyini hesab edir. Hökm dekabrın 20-si elan ediləcək. Neretsenin ömürlük həbs cəzasına məhkum olunması gözlənilir. O, 2011-ci ildə qaçqın statusu aldığı Fransada tutulub.

İttiham tərəfi üçün əsas çətinlik 25 il bundan əvvəl baş vermiş hadisələr barədə ifadələrin düzgünlüyünü sübut etmək idi. Onları əlavə etmək üçün prokuror, Neretsenin ictimai mitinqlərdə çıxış edərkən Tutsi etnik azlığının üzvlərinin öldürülməsi çağırışlarını səsləndirib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Ruandada bir ildən az müddətdə Hutu və Tutsi qəbilələri arasındakı toqquşmalarda təxminən 800 min adam öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti