...

Türkiyədə barlar, diskotekalar və gecə klubları koronavirusa görə bağlanır

Dünya xəbərləri Materials 16 Mart 2020 03:03 (UTC +04:00)

Bakı. Trend:

COVİD-19 koronavirusunun yayılma təhlükəsi səbəbilə Türkiyədə barlar, diskotekalar və gecə klubları martın 16-dan müvəqqəti olaraq bağlanacaq.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Vətəndaşları koronavirus pandemiyasından qorumaq məqsədi ilə bazar ertəsi saat 10:00-dan barların, diskotekaların və gecə klublarının fəaliyyəti dayandırılır".

Qeyd edək ki, hazırda Türkiyədə 18 koronavirus xəstəsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti