Bakı. Trend:
Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda ağac emalı zavodunda sexlərin biri çöküb.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub, 27 nəfər isə xəsarət olub.
Çökməyə güclü yağış və külək səbəb olub. Hadisə yerində xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.