...

ABŞ-da polis daha bir qaradərilini qətlə yetirib

Dünya xəbərləri Materials 1 Sentyabr 2020 10:44 (UTC +04:00)
ABŞ-da polis daha bir qaradərilini qətlə yetirib

Bakı. Trend:

ABŞ-ın Los Anceles şəhərində polis qaradərili velosipedçini qətlə yetirib.

Trend-in məlumatına görə, polis əməkdaşları qayda pozan velosipedçini saxlamaq istəyib.

Həmin şəxs hadisə yerindən uzaqlaşsa da, polislər onu təqib edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Polislər həmin şəxsdə odlu silah olduğunu görəndən sonra atəş açıb.

Qətlə yetirilən şəxsin adı hələlik açıqlanmayıb. İnsidentdən sonra şəhərin bəzi yerlərində etiraz aksiyaları keçirilib.

Qeyd edək ki, ABŞ-da son bir neçə ay ərzində qaradərili şəxslərin polislər tərəfindən öldürülməsi ilə əlaqədar kütləvi etiraz aksiyaları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti