Bakı. Trend:
“Twitter” sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın tvitini silib.
Trend-in məlumatına görə, buna müəllif hüquqlarının pozulması ilə bağlı şikayətin daxil olması səbəb olub.
Qeyd olunur ki, D.Trampın ötən ayın sonunda seçki kampaniyası ilə bağlı yerləşdirdiyi videoçarx silinib. Videoda mahnısı çalınan “Electric Avenue” qrupu müəllif hüquqları ilə bağlı şikayət edib.
Silinənədək həmin videoya “Twitter”də 13 milyon baxış olub.