Bakı. Trend:
ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 7.8 milyon nəfəri ötüb.
Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ABŞ-da koronavirusa 7 802 281 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 214 045 nəfər vəfat edib.
Bildirilri ki, ən çox yoluxma halları Kaliforniya (857 563), Texas (820 921), Florida (736 024) və Nyu-York (470 000) ştatlarında qeydə alınıb.