...

Türkiyədə koronavirusdan sağalanların sayı 302 min nəfəri ötüb

Dünya xəbərləri Materials 17 Oktyabr 2020 22:27 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 302 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 71 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 224 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 723 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 345 678 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 401 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 302 499 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti