...

Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 23 Oktyabr 2020 05:51 (UTC +04:00)
Kolumbiyada asma körpü uçub,  5 nəfər həlak olub

Bakı. Trend:

Kolumbiyanın şimal-qərbində Nekokli bələdiyyəsində asma körpü uçub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, furqon tipli avtomobil çayın üzərindəki asma körpünü keçməyə çalışarkən, körpü çəkiyə tab gətirməyərək uçub.

Məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər həlak olub.

İnsidentlə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti