...

İran nüvə obyektindəki qəzanının terakt nəticəsində baş verdiyini bildirib

Dünya xəbərləri Materials 11 Aprel 2021 19:12 (UTC +04:00)

Bakı. Trend:

İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbək Salehi deyib.

O bildirib: "İran bu çirkin aktı qınayır və beynəlxalq cəmiyyətə və AEBA-ya nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmaq lazım olduğunu xatırladır".

Əli Əkbər Salehi əlavə edib ki, İran hadisəyə görə məsuliyyət daşıyanlara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti