...

Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü

Dünya xəbərləri Materials 20 Aprel 2021 15:20 (UTC +04:00)
Çad prezidenti qiyamçılarla qarşıdurmada öldü

Bakı. Orxan Nəbiyev - Trend:

Çad prezidenti İdris Debi ölkənin şimalında üsyançılarla döyüş zamanı aldığı yaralardan vəfat edib.

Trend-in məlumatına görə, bunu Çad ordusunun rəsmi nümayəndəsi televiziya ilə çıxışı zamanı bildirib.

Qeyd olunub ki, İ.Debi üsyançılarla toqquşmalar zamanı ön cəbhədə mübarizə aparıb.

Qeyd edək ki, prezident dünən seçkilərdə qalib gəlib. Qalibiyyətdən sonra ön cəbhəyə gedib və orada hücuma məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti