...

Fransada "sarı jiletlilər"in aksiyası başlayıb

Dünya xəbərləri Materials 1 May 2021 15:44 (UTC +04:00)
Fransada "sarı jiletlilər"in aksiyası başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Fransada 1 may Əmək günü münasibətilə "sarı jiletlilər"in aksiyaları başlayıb.

Trend-in məlumatına görə, aksiyalar paytaxt Parisdə və ölkənin digər şəhərlərində keçiriləcək.

Ümumilikdə 300 aksiyada 100 minədək şəxsin iştirakı gözlənilir. Aksiyaların keçirildiyi bölgələrə çoxlu sayda polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, Fransada "sarı jiletlilər" aksiyaları 2018-ci ilin noyabrından başlayıb. Bu aksiyalar toqquşmalarla müşayiət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti