Bakı. Trend:
İraqın Samarra şəhəri yaxınlığında yerləşən istilik elektrik stansiyası raket atəşinə tutulub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, raket hücumu nəticəsində enerji blokunun avadanlığına ciddi ziyan dəyib.
Hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.
"Al Arabiya" telekanalının məlumatına əsasən, raket hücumuna görə məsuliyyəti İŞİD terror qrupaşması öz üzərinə götürüb.