...

İsrailin Dubayda baş konsulluğu açılıb

Dünya xəbərləri Materials 30 İyun 2021 15:37 (UTC +04:00)
İsrailin Dubayda baş konsulluğu açılıb

Bakı. Orxan Nəbiyev - Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İsrailin baş konsulluğu açılıb.

Trend-in məlumatına görə, diplomatik missiyanın açılışı İsrailin xarici işlər naziri Yair Lapidin səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, nazir ötən gün paytaxt Əbu-Dabidə İsrail səfirliyinin açılışında da iştirak etmişdi.

Bu, israilli xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olub.

Xatırladaq ki, 2020-ci ilin sentyabrında İsrail ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşması barədə sənədlər imzalamışdı. Bunadək Təl-Əvivin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə münasibətləri mövcud idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti