...

Venesuelalı miqrant qız Meksika ilə ABŞ sərhəddində çayı keçərkən ölüb

Dünya xəbərləri 19 Yanvar 2022 06:03 (UTC +04:00)
Venesuelalı miqrant qız Meksika ilə ABŞ sərhəddində çayı keçərkən ölüb

Bakı. Trend:

Meksika ilə ABŞ sərhəddində Rio Qrande çayında venesuelalı olduğu güman edilən qızın cəsədi tapılıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, miqrant üzərək ABŞ tərəfinə keçmək istəyərkən çayda boğularaq həyatını itirib.

Meksikanın miqrasiya institutu verdiyi açıqlamada qızın ölümündən təəssüfləndiyini bildirib.

İki ölkəni ayıran çayı keçmək istəyərkən boğulanlar arasında həm böyüklər, həm də uşaqlar var. Bu hadisələr fonunda, 2021-ci ildə Meksikaya keçmək istəyən Venesuelalıların sayı artıb. Bu səbəbdən Meksika hökuməti miqrasiyanı nəzarətə almaq üçün Venesueladan gələn qonaqlar üçün yeni viza tələbləri tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti