...

Parisdə açıq havada maska taxma tələbi aradan götürülür

Dünya xəbərləri Materials 1 Fevral 2022 01:35 (UTC +04:00)
Parisdə açıq havada maska taxma tələbi aradan götürülür

Bakı. Trend:

Fevralın 2-dən Parisdə açıq havada maska taxma tələbi tamamilə ləğv ediləcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, müvafiq qərar paytaxt prefekturasının saytında dərc edilib.

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar Paris küçələrində məcburi maska ​​taxmaq qaydası 2021-ci il dekabrın 31-dən tətbiq edilib. Bu tələb 11 yaşdan yuxarı şəxslərə şamil edilib.Qayda pozanlara isə 135 avro məbləğində cərimə nəzərdə tutulur.

Bununla belə, yanvarın 13-də Paris İnzibati Məhkəməsi bu qərarın icrasını dayandırıb. Yanvarın 17-də prefektura açıq havada maskaların taxılması qaydasının yalnız müəyyən yerlərdə, xüsusilə küçə bazarlarında, ictimai nəqliyyat dayanacaqlarında, eləcə də ticarət mərkəzlərinin, təhsil müəssisələrinin qarşısında və istənilən növbələrdə, qüvvədə olduğu barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti