...

Qazaxıstanın hakim partiyasının adı dəyişdirilib

Dünya xəbərləri Materials 1 Mart 2022 10:50 (UTC +04:00)
Qazaxıstanın hakim partiyasının adı dəyişdirilib

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hakim "Nur-Otan" partiyasının adının dəyişdirilməsi qərarını dəstəkləyib.

Trend-in məlumatına görə, partiyanın adı bundan sonra "Amanat" (Əmanət) partiyası olacaq.

Bu qərar partiyanın bugünkü qurultayında qəbul edilib.

Eyni zamanda partiyanın rəhbərliyində dəyişikliklər edilib. Belə ki, Qazaxıstan parlamentinin aşağı palatasının sabiq sədri Nurlan Niqmatulin partiyanın Siyasi şurasından çıxarılıb. Baş nazir Alixan Smayilov şuraya qəbul edilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti