...

ABŞ tarixində ilk dəfə qaradərili qadın Ali Məhkəmənin üzvü seçilib

Dünya xəbərləri Materials 8 Aprel 2022 03:14 (UTC +04:00)

Bakı. Trend:

ABŞ tarixində ilk dəfə olaraq Ali Məhkəmənin üzvü qaradərili qadın seçilib.

Trend xəbər verir ki, cümə axşamı Senatda baş tutan səsvermədə Demokratlar partiyasının 50 üzvünün hamısı və Respublikaçılar partiyasının üç üzvü prezident Co Bayden tərəfindən namizədliyi irəli sürülən 51 yaşlı Ketanci Braun Ceksonun müvafiq posta təyinatının lehinə səs verib.

Qeyd edək ki, ABŞ-da Ali Məhkəmənin hakimləri dövlət başçısının təqdimatı ilə ömürlük vəzifəyə təyin olunurlar. Ali Məhkəmə doqquz üzvdən ibarətdir.

Ketanci Braun Cekson adıçəkilən vəzifədə 83 yaşlı Stiven Brieri əvəz edəcək. Sonuncu bu ilin yayında təqaüdə çıxmaq niyyətini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti