...

Braziliyalıların əksəriyyəti ənənəvi karnavalın keçirilməsinə qarşı çıxırlar

Dünya xəbərləri Materials 13 Aprel 2022 05:06 (UTC +04:00)
Braziliyalıların əksəriyyəti ənənəvi karnavalın keçirilməsinə qarşı çıxırlar

Bakı. Trend:

Braziliyanın San-Paulu və Rio-de-Janeyro şəhərlərinin əksər sakinləri aprel ayında samba məktəblərinin karnaval çıxışlarının və küçə paradlarının keçirilməsini dəstəkləmirlər.

Trend xəbər verir ki, bu yerli "Datafolha" sosioloji xidmətinin sorğusunda dərc olunan məlumatlarda öz əksini tapıb.

Belə ki, San-Pauluda respondentlərin yalnız 17%-i aprelin 21-23-nə təyin edilmiş şənlikləri dəstəklədiyini bildirib. Mütləq əksəriyyət, yəni 78% karnavalın keçirilməsinin əleyhinədir.

Rio-de-Janeyroda isə karnavalın əleyhdarları nisbətən azdır - 69%, şənliklərin tərəfdarları isə sorğu iştirakçılarının dörddə birini təşkil edir.

Ötən iki il ərzində ənənəvi karnaval pandemiya səbəbindən keçirilmir. Braziliya koronavirusa yoluxan və ölənlərin sayın görə dünya ölkələri arasında ilk sıralardadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti