...

"Ferrari" Çində 2 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 22 Aprel 2022 14:26 (UTC +04:00)
"Ferrari" Çində 2 mindən çox avtomobili geri çağırır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın "Ferrari" avtomobil şirkəti Çində 2,2 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, qərar avtomobillərin əyləc sistemində qeydə alınan problemlərlə bağlıdır.

Qeyd olunur ki, geri çağırılma 2010-cu ilin martından 2019-cu ilin martınadək istehsal olunmuş "458 Italia", "458 Speciale", "458 Speciale A", "458 Spider", "488 GTB" və "488 Spider" modellərinə aiddir.

Məlumata əsasən, həmin avtomobillərdə əyləc mayesinin sızması mümkündür ki, bu da əyləc sisteminin sıradan çıxmasına gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti