...

"Coca-Cola" şirkəti haker hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 27 Aprel 2022 02:27 (UTC +04:00)
"Coca-Cola" şirkəti haker hücumuna məruz qalıb

Bakı. Trend:

"Stormous" haker qrupu "Coca-Cola" şirkətinin serverlərinin sındırıldığını və oradan 161 GB məlumatın oğurlandığını açıqladı.

Trend-in məlumatına görə, bu barədə "Anti-Malware" nəşri xəbər verib.

Bununla belə, "Stormous" qrupu 1,6 bitkoinə (təxminən 64 min dollar) "Coca-Cola" məlumatlarını satan darknetdəki mağazasına link paylaşıb. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər hələlik bu məlumatların həqiqiliyini təsdiq edə bilməyiblər.

“The Recrod” nəşri xəbər verib ki, “Coca-Cola” şirkəti artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti