...

ABŞ Avropada 10,5 min hərbçi yerləşdirməyə hazırlaşır

Dünya xəbərləri Materials 14 May 2022 04:01 (UTC +04:00)
ABŞ Avropada 10,5 min hərbçi yerləşdirməyə hazırlaşır

Bakı. Trend:

ABŞ yaxın aylarda rotasiya çərçivəsində Avropada təxminən 10,5 min hərbçi yerləşdirəcək.

Trend xəbər veri ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, bu hərbi hissələr əvvəllər "Avropa əməliyyatlar teatrında" yerləşdirilən ordu hissələrini əvəz edəcək.

C.Kirbi qeyd eidb ki, bölmələr "məsuliyyətin lazımi şəkildə ötürülməsinə uyğun olaraq" yerləşdirilmə yerlərinə qayıdacaqlar, bu proses bir neçə ay çəkəcək.

Pentaqonun nümayəndəsi həmçinin vurğulayıb ki, bu hərbçilər "Ukraynada döyüşməyəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti