...

ABŞ HHQ hipersəs silahını uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 17 May 2022 08:25 (UTC +04:00)
ABŞ HHQ hipersəs silahını uğurla sınaqdan keçirib

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri ARRW (Air-Launched Rapid Response Weapon) proqramı çərçivəsində hipersəs silahının prototipinin uğurlu sınaqdan keçirildiyini elan edib.

Trend xəbər verir ki, bu barədə qurumun bazar ertəsi yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, ABŞ Hərbi Hava Qüvvələrinin Boeing B-52H Stratofortress strateji bombardmançı təyyarəsi mayın 14-də Kaliforniyanın cənub sahillərində ARRW proqramı çərçivəsində hazırlanmış AGM-183A hipersəs raketinin uğurlu buraxılışını həyata keçirib. Təyyarədən ayrıldıqdan sonra ARRW bloku nəzərdə tutulan müddət ərzində alovlanaraq, səs sürətindən beş dəfə çox olan hipersəs sürətinə çatıb.

ABŞ Hərbi Hava Qüvvələri vurğulayıb ki, sınaq qüsursuz həyata keçirilib və ABŞ bu unikal silahı amerikalı hərbçilərə ən qısa zamanda çatdırmaq üçün əlindən gələni edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti