...

Kolumbiyada prezident seçkilərində səsvermə başa çatıb

Dünya xəbərləri Materials 30 May 2022 02:40 (UTC +04:00)
Kolumbiyada prezident seçkilərində səsvermə başa çatıb

Bakı. Trend:

Kolumbiyada prezident seçkilərində səsvermə başa çatıb.

Trend "TASS"a istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi seçki gününün normal şəraitdə keçdiyini bildirib. Daha əvvəl müdafiə naziri Dieqo Molano seçki məntəqələri yaxınlığında üç partlayıcı qurğunun aşkarlandlğı barədə məlumat vermişdir.

Prezident kreslosu uğrunda altı namizəd mübarizə aparır. Sorğulara görə, senator Qustavo Petro seçkilərin favoriti hesab olunur.

Onun əsas rəqibləri hakim Demokratik Mərkəz Partiyasının dəstəklədiyi sağçı “Kolumbiya uğrunda Komanda” koalisiyasından Federiko Quterrez və Rodolfo Ernandesdir.

Səsvermənin nəticələrinə görə, namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, iyunun 19-da seçkilərin ikinci turu keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti