...

İraqdakı hərbi baza raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 31 May 2022 07:34 (UTC +04:00)

Bakı. Trend:

İraqın Ənbar əyalətindəki "Ayn əl-Əsəd2 hərbi bazası raket hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "News 18" telekanalı xəbər verib.

Məlumata əsasən, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qoşunlarının yerləşdiyi bazaya 5 raket atılıb. Hücum zamanı xəsarət alan olmayıb, dağıntılar da qeydə alınmayıb.

Raketlərin növü və hücumun məqsədi barədə məlumat verilməyib. Raketlərin dəqiq kim tərəfindən atıldığı da məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti