...

Meksikada avtoqəzada azı 13 nəfər ölüb, 8 nəfər yaralanıb

Dünya xəbərləri Materials 19 İyun 2022 05:19 (UTC +04:00)
Meksikada avtoqəzada azı 13 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. Trend:

Meksikanın Mexiko ştatında mikroavtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə Federal Yollar və Körpülər İdarəsi bildirib.

Məlumata görə, avtomobil paytaxt Mexikonu və Queretaro şəhərini birləşdirən magistral yoldan çıxıb və ağaca çırpılıb.

Həkim və xilasedicilərdən ibarət briqadalar zərərçəkmişlərə ilkin tibbi yardım göstərib, sonradan xəstəxanalara çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın səbəbləri ilə bağlı məlumat açıqlanmayıb. Yerli prokurorluq orqanları əməkdaşları faciənin başvermə səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti