...

ÜST "meymunçiçəyi"nə yoluxma ilə bağlı statistikanı açıqlayıb

Dünya xəbərləri Materials 28 İyun 2022 05:07 (UTC +04:00)
ÜST "meymunçiçəyi"nə yoluxma ilə bağlı statistikanı açıqlayıb

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada təsdiqlənmiş "meymunçiçəyi"nə yoluxma hallarının sayını açıqlayıb.

Trend xarici mətbuata istinadla xəbər verir ki, ilin əvvəlindən dünyanın 50 ölkəsində yoluxanların sayı 3,4 mini keçib. Bir yoluxmuş şəxs dünyasını dəyişib.

Ən çox yoluxma Avropa ölkələrində - 86 faiz- qeydə alınıb. Eyni zamanda, bu yaxınlarda aşkar edildiyi ölkələrdə, əsasən, kişilər xəstələnir.

Bundan əvvəl, Ümumdünya Səhiyyə Təşkilatının "meymunçiçəyi" ilə mübarizə komitəsi belə nəticəyə gəlmişdir k, xəstəliyin yayılma miqyası hal-hazırda ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti