...

Hakerlər 200 milyon dollara yaxın kriptovalyuta oğurlayıb

Dünya xəbərləri Materials 2 Avqust 2022 17:34 (UTC +04:00)
Hakerlər 200 milyon dollara yaxın kriptovalyuta oğurlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın "Nomad" blokçeyn platforması haker hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, hakerlər platformada kriptovalyutada olan təxminən 200 milyon dollar məbləğində vəsaiti oğurlayıb.

Qeyd olunur ki, hücum baş verən zaman "Nomad" platformasında elə 200 milyon dollar məbləğində rəqəmsal valyuta olub.

Mütəxəssislər haker hücumunun səbəbini "Nomad" platformasının qısa müddət əvvəl yenilənməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, iyun ayında "Harmony" blokçeyn platforması 100 milyon dollara yaxın kriptovalyutanın hakerlər tərəfindən oğurlandığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti