...

Fransada hakerlər xəstəxanadan 10 milyon dollar tələb edir

Dünya xəbərləri Materials 22 Avqust 2022 21:00 (UTC +04:00)
Fransada hakerlər xəstəxanadan 10 milyon dollar tələb edir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransada "Süd-Fransilyen" xəstəxana kompleksinin informasiya şəbəkəsi haker hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, hücum bazar gününə keçən gecə qeydə alınıb. Hücum nəticəsində ötən gün ərzində xəstəxananın məlumat şəbəkəsinin işi tamamilə pozulub.

Bununla əlaqədar olaraq xəstəxanada müalicə olunan xəstələr bölgədəki digər müəssisələrə köçürülüb. Bir sıra planlaşdırılmış cərrahiyyə əməliyyatları təxirə salınıb.

Hazırda mütəxəssislər hücumun fəsadlarının aradan qaldırılmasına çalışır.

Eyni zamanda, hakerlərin sistemin işinin bərpa olunması üçün 10 milyon dollar tələb etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti