...

Tramp "Twitter"ə qayıtmaq niyyətində deyil

Dünya xəbərləri Materials 28 Oktyabr 2022 21:16 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İlon Maskın "Twitter"i satın almasından sonra "Truth Social" sosial şəbəkəsində qalmaq niyyətində olduğunu bildirib.

Trend xəbər verir ki, keçmiş prezident bu barədə cümə günü "Fox News" telekanalına müsahibəsində deyib.

"Mən "Truth Social"da qalıram. Mən buranı daha çox bəyənirəm, işini bəyənirəm. İlondan xoşum gəlir, amma "Truth"da qalıram", - deyə D.Tramp bildirib.

Eyni zamanda, telekanal qeyd edir ki, D.Tramp hesabının blokdan çıxarılacağı təqdirdə "Twitter"dən istifadə edib-etməyəcəyi barədə suala cavab verməyib.

Xatırladaq ki, "Twitter" Donald Trampın sosial şəbəkədəki hesabını ömürlük blokalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti