...

Somalidə silahlıların hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2022 23:34 (UTC +04:00)
Somalidə silahlıların hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişonun mərkəzində "Əş-Şəbab" terror qruplaşmasının silahlılarının Somalinin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News Arabia" televiziya kanalı xəbər verib.

Hücum terrorçuların nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içərisində silahlılarla təhlükəsizlik işçiləri arasında şiddətli atışma olub. Hazırda bina polis və ordu hissələri tərəfindən bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti